Bağçalarla bağlı şad xəbər: 77 milyon manat ayrıldı

Bağçalarla bağlı şad xəbər: 77 milyon manat ayrıldı

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.

 

Sfera.az xəbər verir ki, bununla bağlı keyfiyyətə nəzarət xidmətləri göstəriləcək.

 

Belə ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq bu işlər çərçivəsində müəyyən işləri yekunlaşdırıb.

 

Qurum məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi xidmətini "Depot" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqavilə əsasən, şirkətə 77 milyon manat ödənilib.

 

Qeyd edək ki, sözügedən işlərin icrasının həvalə olunduğu "Depot" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Elvin Malik oğludur. (Trend)


OXŞAR XƏBƏRLƏR

Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək

QMİ sədri yeni Roma Papası ilə görüşəcək.   Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Qurban bayramı münasibətilə paylaşım edib.   Sfera.az p...

Təzəpir məscidində bayram namazı qılındı

Bakıda Qurban bayramı münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.   Sfera.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədri ...

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...