Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?


Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı möcvud vəziyyəti açıqlayıb.

 

Sfera.az-ın məlumatına görə, Dövlət Agentliyindən APA-ya bildirilib ki, şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

 

"Məktəblilər arasında hər hansı bir xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”, - Dövlət Agentliyinin məlumatında qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Bu kəndə köçənə hökumət 20 min dollar, hər uşağa görə bonus verir

İsveçrə Alp dağlarında yerləşən Albinen kəndi insanların köçürülməsi üçün maddi həvəsləndirmə proqramına başlayıb və yeni sakinlərə əhəmiyyətli ödənişlər təklif...

Yaşlıqadının öldüyü elan edildi, gözlənilmədən “dirildi”

88 yaşlı qadının öldüyü elan edilsə də, o, dəfn olunmağa hazırlaşarkən gözlənilmədən “dirilib”. Hadisə Çexiyanın Pilsen şəhərində baş verib. Sf...

10 saniyəlik gecikmə səbəbindən təyyarə yerə enə bilməyib

On saniyəlik gecikmə Mayorkadan Münhenə normal iki saatlıq uçuşu Almaniya boyunca 12 saatlıq səyahətə çevirib. 221 sərnişin üçün bu, əsl macəra olub.  &...

Turistik bölgələrdə elektrik qarışqaları aşkar edildi: Təhlükəsi nədir?

İspaniyanın Tenerifedəki Los Cristianos şəhərində, qolf kompleksində Təbii Məhsullar və Aqrobiologiya İnstitutunun entomoloqları dünyada ən invaziv qarışqa növl...

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az bildirir ki, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il t...

Mask: Mən olmasaydım, Tramp seçkilərdə uduzardı

İlon Mask ABŞ-ın hazırkı prezidenti Donald Trampın əleyhinə sərt çıxış edərək bildirib ki, onun dəstəyi olmasaydı Tramp seçkilərdə qalib gələ bilməzdi.  ...