Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.

 

Sfera.az bildirir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq pensiya kapitalları indeksləşdirilir.

 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2024-cü ildə istehlak qiymətləri indeksi 2023-cü ilə nisbətən 2,2 faiz yüksəlib. Qanunvericiliyə uyğun olaraq 2025-ci ildən bütün pensiya kapitalları 2,2 faiz artırılacaq.

 

Qeyd edək ki, pensiya kapitalının məbləği yaşa görə pensiya çıxmaq üçün əsas iki göstəricidən biridir. Hazırda 40 320 manat və daha çox kapitala sahib olan şəxslər yaşa görə pensiyaya çıxa bilir. 2025-ci ilin fevralından tələb olunan minimum pensiya kapitalının məbləği 46 080 manata çatdırılacaq.

 

Toplanan pensiya kapitallarının məbləğinin artırılmasına məhz inflyasiya göstəricisi də təsir edir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...