Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.

 

Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpaq sürüşməsi qeydə alınıb. Sürüşmədən sonra ərazidəki evlər üçün təhlükəli vəziyyət yaranıb.Evlərin divarlarında iri çatlar əmələ gəlib.

 

Şəki rayon İcra Hakimiyyətindən bildirilib ki, Məmmədov Teyyub Salman oğlunun yaşadıqları evin yerləşdiyi ərazidə torpaq sürüşməsinin baş verməsi ilə bağlı müraciətinə yerində baxış keçirilərək tədbirlər görülməsi üçün  aidiyyəti üzrə  müraciət edilib.

 

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib. 

 

Şamaxı rayonunun Qonaqkənd kəndin də torpaq sürüşməsi var. Torpaq sürüşməsi nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Ərazidə asfalt örtüyündə çökmə baş verib.

 

O da qeyd edilib ki, hazırda ərazidə maşınların hərəkəti davam edir. Problem olan kimi texnikalar cəlb olunur. /Xezerxeber.az


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...