Avropa rəsmiləri Trampı Ukraynanı dəstəkləməyə ÇAĞIRDILAR

Avropa rəsmiləri Trampı Ukraynanı dəstəkləməyə ÇAĞIRDILAR

Avropa rəsmiləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının nümayəndələri ilə Ukraynanı müzakirə ediblər.

 

Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, Avropa rəsmiləri qarşı tərəfi Kiyevi dəstəkləməyin zəruriliyinə inandırmağa çalışıblar.

 

“Tərəflər bir sıra təkbətək söhbətlər aparıb. Avropalıların fikrincə, bu mövzunun müzakirəsi faktı, yeni Amerika administrasiyasının hər hansı danışıqlar başlamazdan əvvəl Kiyevə fəal kömək edəcəyi ehtimalını artırır. Eyni zamanda, Avropa rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidentinin məsləhətləri rədd etmək və son anda mövqeyini dəyişmək reputasiyasına malik olduğunu və onun qərarını inamla proqnozlaşdırmağı çətinləşdirdiyini bildiriblər”.

 

Tramp komandasının nümayəndəsi isə agentliyə bu məlumatı şərh etməkdən imtina edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...