Rusiya-Ukrayna müharibəsinin taleyi Bakıda həll olunacaq? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin taleyi Bakıda həll olunacaq? - AÇIQLAMA

Son günlər dünya mediasında əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri Vladimir Putin və Donald Tramp arasındakı mümkün danışıqlara hazırlıqlarla bağlıdır. Rusiyanın “Telegram” kanallarında isə artıq görüş məkanı gündəmdədir. Mümkün bir neçə şəhərin adı səsləndirilir - Onlardan biri MDB-də Astana və ya Bakı, ikincisi Mərkəzi Avropada Vyana, üçüncüsü isə Avropa qitəsindən kənarda İstanbul şəhəridir...

 

Maraqlıdır, Tramp-Putin görüşü reallaşacaqmı? Görüş Bakıda keçirilə bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Tramp-Putin görüşü əlbəttə, baş tutacaq:

 

“Tramp hələ prezident seçkiləri ərəfəsində də açıq şəkildə bəyan etmişdi ki, 24 saat ərzində Ukrayna-Rusiya müharibəsini bitirəcək. Yəni bu xarici siyasət Donald Tramp administrasiyasının prioritetlərindən biridir. Üstəlik, artıq Rusiya da bu görüşdə maraqlı olduğunu bəyan edib, hətta bir təşəbbüskar kimi  görüşə hazırlıqlara başlamaq zamanının çatdığını bildirib. Hər iki tərəf də buna hazırlıqların getdiyini təsdiq edib. O ki qaldı, konkret hansı məkanın seçilməsinə, burada daha çox neytral, hər iki tərəfə bərabər məsafədə olan dövlətə üstünlük veriləcək. Belə ölkələrdən biri də Azərbaycandır. Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu istiqamətdə böyük təcrübəsi var. Eyni zamanda qarşıduran güclərin də məhz Bakıda, hətta ABŞ və Rusiya generallarının burada görüşməsi faktı var. Bütün bunlar Bakının tərəf tutmadan istənilən görüşə məkan ola biləcəyi faktoruna əsaslanır. Bu baxımdan Putin-Tramp görüşü üçün Bakının da perspektivi var”.

 

Müsahibimiz qeyd etdi ki, Avropada İsveçrə belə bir məkan rolu oynamağa iddia edir:

 

“Ancaq İsveçrə nə qədər Avropanın mərkəzində yerləşmiş olsa da, adətən burada sözügedən məkanı ABŞ-nin bir əlavəsi kimi görürlər. Bu konteksdə, əlbəttə, İstanbul şəhərinin seçilməsi məsələsi də ola bilər. Çünki Türkiyə bu prosesə yad dövlət deyil. Ukrayna-Rusiya müharibəsində bu yöndə ən ciddi fəaliyyət göstərən və konkret siyasi nəticələr ortaya qoyan dövlət məhz qardaş Türkiyə olub. İstanbulda belə görüşün təşkil olunması münaqişə tərəflərinə də hər hansı bir kompleks yaratmır. Bu baxımdan fikrimcə, İstanbul daha perspektivli məkan kimi seçilə bilər. Ancaq məsələnin həm də geosiyasi tərəfləri var, bəzi qlobal güclər, eyni zamanda ABŞ-də antitürk mövqedə olan şəxslər Türkiyənin yenidən bu məsələdə böyük nüfuz qazanmasının əleyhinə çıxa bilərlər”.

 

N.Miri bildirdi ki, burada ən önəmli məsələ məkan deyil:

 

“Burada münaqişəni bitirmək üçün məsələyə yanaşma tərzi, konkret fəaliyyət planı əhəmiyyətlidir. Hələlik bu yöndə Tramp administrasiyasının ciddi planının olduğu sezilmir. İlk görüş sadəcə bir-birini eşitmək və gələcəyə hazırlanmaq xarakterini daşıyacaq. Əlbəttə, burada bir çox məsələlər ortaya qoyulacaq. Savaş sadəcə ABŞ-nin istəyi ilə həll olunacaq məsələ deyil. Burada Rusiya, Ukrayna, Kiyevə dəstək verən Avropa Birliyi və digər dövlətlərin geosiyasi maraqları var. Çünki müharibə artıq Qərb-Rusiya qarşıdurmasına çevrilib.  Qərbin məğlubiyyəti perspektivdə Avropa Birliyinə, yəni ABŞ-nin müttəfiqlərinə baha başa gələ bilər. Hər bir halda, görüş üçün məkanın seçilməsi də əhəmiyyətlidir. Çünki burada sadəcə bir görüş deyil, bütövlükdə sülhü təmin etmək üçün təşkil olunacaq bütün görüşlər bu məsələyə aid olacaq”.

 

Günay Rəsulqızı

 

 


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...