Mirzoyan tezliklə vəzifədən gedəcək Blinkenlə görüşməyə niyə can atır? - AÇIQLAMA

Mirzoyan tezliklə vəzifədən gedəcək Blinkenlə görüşməyə niyə can atır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək və ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə görüşəcək. Onun səfəri bu gün baş tutacaq.

 

Görüşün keçirilməsində məqsəd nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Mirzoyanın Dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür:

 

“Görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda, Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir? Daha əvvəl belə bir xəbər yayılmışdı ki, ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki, Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-də hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək ortada nəsə var”.

 

Ekspert qeyd etdi ki, rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir:

 

“Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...