Qadın saxta Bred Pitt üçün ərini tərk edib və 830 min avro itirib - FOTO


Qadın saxta Bred Pitt üçün ərini tərk edib və 830 min avro itirib - FOTO

Fransız qadın Anna özünü Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Sfera.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb.

53 yaşlı Anna 2023-cü ildə sosial şəbəkələrdə hesab açdığını bildirib. Sonra bir kişi Pitt adından ona yazmağa başlayıb. Sözügedən kişi əvvəlcə onunla nəzakətli söhbətlər edib, münasibət qurmağa başlayıb və çanta, zinət əşyaları şəklində hədiyyələr göndərib. Lakin onları qəbul etmək üçün qadın gömrük xidmətinə 5 min avrodan çox ödəməli olub.

Anna fırıldaqçıya heyran olduğunu etiraf edib. Onun sözlərinə görə, kişi qadınlarla danışmağı bilirmiş. O, qeyd edib ki, o zaman əri ilə çətin dövr keçirib və onun ona kifayət qədər diqqət yetirmədiyini hiss edib. Nəticədə o, saxta Bred Pitt üçün ərindən ayrılıb.

Annanın qeyd etdiyi kimi, o əvvəlcə Hollivud ulduzu ilə danışdığından şübhələnibmiş. Lakin qadın süni intellektin yaratdığı fotolardan razı qalıb. Tezliklə Bred Pitt ona böyrək xərçəngi olduğunu açıqlayıb və müalicə üçün pul istəyib. O, xəstəxananın pulunu özü ödəyə bilməyəcəyini izah edib, çünki hesabları "Ancelina Coli ilə boşanma prosesi səbəbindən dondurulmuşdu". Qadın “uğursuz əməliyyatlara” görə bir neçə dəfə hücumçuya minlərlə avro göndərib. Ümumilikdə o, 830 min avro itirib.

Qadın bu müddət ərzində nəinki ərini tərk etdiyini, hətta qızı ilə dalaşdığını, çoxlu dostlarını itirdiyini və depressiya üzrə ixtisaslaşmış xəstəxanaya yerləşdirildiyini bildirib. O, Pittin İnes De Ramonla münasibəti haqqında məlumatları görəndən sonra dələduzun qurbanına çevrildiyini anlayıb.

İnci


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...