Daha bir ölkədən Moskvaya uçuşlar dayandırıldı

Dünya
23:32 / 13.01.2025
5938
Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Bildirilir ki, vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər.
Assosiasiya qeyd edib ki, “China Southern”dən başqa dörd aviaşirkət - “Aeroflot”, “China Eastern” və “Hainan Airlines” Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir.