Magistratura imtahanında xarici dil üzrə danışıq bloku sualları da tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

Magistratura imtahanında xarici dil üzrə danışıq bloku sualları da tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Məlumatda qeyd olunur ki, imtahan ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Xarici dil üzrə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.

 

Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirmişdi ki, magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq. Hətta bu yeniliyin cari il üçün tətbiq olunması gözlənilirdi.

 

Maraqlıdır, bu yenilik nə vaxt tətbiq olunacaq?

 

Mövzunu araşdırmaq üçün DİM-ə sorğu ünvanladıq.


 
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə sorğumuza cavab olaraq bildirdi ki, hələlik bu il tətbiq olunması nəzərdə tutulmur. X.Xanlarzadə qeyd edib ki, hazırda yalnız doktorantura səviyyəsinə uyğun imtahanlarda danışma bacarıqları yoxlanılır.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...