Pasiyentləri canından edən həkimləri və klinikaları hansı cəza gözləyir? - Vəkil AÇIQLADI

Pasiyentləri canından edən həkimləri və klinikaları hansı cəza gözləyir? - Vəkil AÇIQLADI

Burun əməliyyatı keçirən Nəzrin Mansurovanın komaya düşərək vəfat etməsi həkimlərlərin fəaliyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirib. Məlumata görə, əməliyyatı edən həkim Sənan Mehdiyev 2015-ci ildə də 18 yaşlı Leyla Mürsəlovanın ölümünə səbəb olub. Sənan Mehdiyev həmin hadisəyə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirib. Cərrahın daha bir neçə pasiyenti onun əməliyyatından şikayət edib. Səbinə Nağıyeva burun əməliyyatından sonra yaranan fəsadlara görə şikayət edib, lakin sonra həkimlə barışıb. Başqa bir şikayətçi isə Ülviyyə İmanzadədir. O, burun əməliyyatından sonra nəfəs almasında problem yarandığını bildirib. Təəssüf ki, səhlənkarlıq səbəbindən xəstəsinin həyatını təhlükəyə atan, hətta ölümünə səbəb olan bu kimi onlarla həkim var.


Maraqlıdır, barəsində şikayət olan həkimlər necə fəaliyyətini davam etdirə bilir? Həmçinin həkimlərin işləmək üçün icazə prosesi necə baş tutur?  


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, son dövrlər plastik əməliyyatla bağlı klinikalarda ölüm hallarının artmasının müəyyən obyektiv və subyektiv səbəbləri var.


Onun sözlərinə görə, vətəndaşlar plastik əməliyyatla bağlı həkim seçərkən olduqca diqqətli olmalı, sosial şəbəkələrdəki saxta və cəlbededici reklamlara aldanmamalıdır. Vəkil qeyd edib ki, həkimin icazə olmadan fəaliyyət göstərməsi qanunsuzdur:


“Təcrübədə rastlaşdığım və şəxsi müşahidələrimə əsasən, plastik əməliyyat edən bir çox həkimin ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikasiya şəhadətnaməsi yoxdur, ya da ümumiyyətlə həkim deyil. Bəzən isə ümumi cərrahlar müvafiq icazə almadan bu əməliyyatı yerinə yetirirlər. Plastik əməliyyat aparmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mütləq qaydada icazə alınmalıdır. Belə icazə olmadan fəaliyyət göstərən həkimin hərəkətləri qanunsuzdur. Hətta belə həkimlərin fəaliyyətinə şərait yaradan tibb müəssisələri və klinikaların özləri də məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -  vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əməliyyatı qanunsuz icra edən həkim isə xəsarətin dərəcəsindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə cinayət məsuliyyəti daşıyır”. 

 

“Xəbər saytlarında gördüyüm qədər hazırda qeyd etdiyiniz məsələ həm Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, həm də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Əminəm ki, əməldə təqsirləri müəyyən olunarsa, məsul həkim və tibb müəssisəsi ən sərt şəkildə cəzalandırılacaqlar”,-  vəkil əlavə etdi.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...