Qlobal bankdan neftin qiyməti ilə bağlı PROQNOZ: Yaxın aylarda...

Qlobal bankdan neftin qiyməti ilə bağlı PROQNOZ: Yaxın aylarda...

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi neft qiymətlərinin bir müddət yüksəlməsinə səbəb olacaq.

 

Sfera.az dünyanın böyük investisiya banklarından olan “Goldman Sachs”in yeni proqnozuna istinadən xəbər verir ki, yaxın aylarda “Brent” markalı neftin dəyəri 85, hətta 90 dollara qədər yüksələcək.

 

“Goldman Sachs” analitiklərinin fikrincə, Rusiyanın neft hasilatında gözlənilən azalma qiymətlərin qalxmasına səbəb ola bilər. Həmçinin bildirilir ki, bu azalma İranın neft hasilatının azalması ilə üst-üstə düşərsə, qiymətlərin bir barel üçün 90 dollara qədər yüksəlmə ehtimalı var.

 

Xatırladaq ki, yanvarın 10-da ABŞ Prezidenti Co Bayden Rusiyanın neft və qaz gəlirlərini hədəf alan hərtərəfli sanksiyalar paketini açıqlayıb. Bu sanksiyaların ardınca “Brent” markalı neftin qiyməti bazar ertəsi səhər saatlarından etibarən 3%-dən çox artaraq 81 dolları keçib. “Goldman Sachs” sanksiyaların Rusiya ixracına təsir etməsindən sonra qlobal tədarükün azalmasının qiymətlərə yuxarı yönlü təzyiq göstərəcəyini bildirib.

 

Belə ki, yeni sanksiyalarla əlaqədar Rusiya neftini daşıyan gəmilərin sayı azalır. Təhlilçilər hesab edir ki, bu azalma nəticəsində əsas neft alıcıları olan Çin və Hindistan Yaxın Şərq, Afrika və Amerikadan daha çox neft almağa məcbur olacaqlar.

 

İnvestisiya bankı proqnozlaşdırır ki, yeni sanksiyaların da təsiri ilə 2025-ci ildə “Brent” neftinin bir barelinin qiyməti 70-85 dollar arasında qalacaq.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...