Keçmiş nazirlər Starmeri TƏNQİD ETDİ: "Heç vaxt Kiyevə səfər etmədin"

Keçmiş nazirlər Starmeri TƏNQİD ETDİ: "Heç vaxt Kiyevə səfər etmədin"

“Britaniya savaş başa çatdıqdan sonra Ukraynaya sülhməramlılar qismində qoşun göndərməlidir”.

 

Sfera.az bildirir ki, bunu Krallığın keçmiş müdafiə nazirləri Qevin Uilyamson və Qrant Şapps bildiriblər.

 

“Britaniya qoşunlarının müharibədən sonrakı sülhməramlı qüvvələrdə iştirakı, şübhəsiz ki, müsbət addım olardı. Lakin bu, Ukraynanın həqiqətən ehtiyac duyduğu şeyin yalnız kiçik bir hissəsidir”, - Şapps “The Telegraph”a açıqlamasında deyib.  Keçmiş nazir Böyük Britaniyanın hazırkı Baş naziri Keir Starmerin heç vaxt Kiyevə səfər etməməsinə təəccübləndiyini deyib.

 

Qevin Uilyamson isə Ukraynanın gələcəkdə təhlükəsizliyinin NATO və ya Böyük Britaniya kimi beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənməli olduğu fikrini ifadə edib. O, bunu regionda sabitlik üçün son dərəcə vacib hesab edib. “Ukraynanın təhlükəsizliyini istər NATO, istərsə də Böyük Britaniya kimi ölkələr kənardan dəstəkləyib”, -keçmiş nazir qeyd edib.

 

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer Rusiya ilə münaqişə başa çatdıqdan sonra krallığın Ukraynaya sülhməramlılar göndərəcəyi planını irəli sürmüşdü. Britaniya ictimaiyyəti isə bu təklifə mənfi reaksiya vermişdi.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...