"Ukraynalılar "Türk axını”na hücum ediblər" - Rusiya MN

"Ukraynalılar "Türk axını”na hücum ediblər" - Rusiya MN

Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə "Türk axını"na (“TurkStream”) hücum edib.

 

Sfera.az xəbər verir ki, belə bir iddianı Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında paylaşıb. Həmin məlumata görə, Ukrayna 9 ədəd PUA ilə "Türk axını" boru kəmərindən qaz nəqlini təmin edən Krasnodar bölgəsindəki "Russkaya" kompressor stansiyasına hücum etməyə çalışıb.

 

Rusiya Müdafiə Nazirliyi bütün PUA-ların vurulduğunu, yerə düşən dağıntıların qaz ölçmə məntəqəsinin binasına və avadanlıqlarına ziyan vurduğunu bildirib.

 

Açıqlamada kiçik zədələrə baxmayaraq, kompressor stansiyasının “Türk axını” boru kəmərini normal rejimdə işləməsinə maneə yaratmadığı qeyd olunub.

 

Məlumat üçün bildirək ki, “Türk axını” boru kəməri Rusiya qazının Türkiyəyə ixracına imkan verən kəmərlərdən biridir. Bu kəmər Krasnodardan başlayıb Qara dənizin dibi ilə uzanaraq Türkiyənin Avropa hissəsinə çıxır. Kəmərin illik qaz ötürmə qabiliyyəti 31,5 milyard kub metrdir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...