Bu şəxslər hərbi xidmətdən vaxtından öncə TƏRXİS OLUNACAQLAR

Bu şəxslər hərbi xidmətdən vaxtından öncə TƏRXİS OLUNACAQLAR

Bildiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, əvvəllər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi. 

 

Qeyd edək ki, hazırda 30 yaşı tamam olan və hərbi xidmətə çağırılmış şəxslər var.

 

Maraqlıdır, həmin şəxslər hərbi xidmətlərini tamamlayacaq, yoxsa bu qanuna dəyişiklik nəticəsində vaxtından öncə tərxis olunacaqlar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Tofiq Şahmuradov bildirib ki, hazırda 30 yaşdan yuxarı hərbi xidmətdə olan şəxslər bu qanunun qüvvəyə minməsi ilə tam yararlı şəkildə tərxis ediləcəklər.

 

“Onlar tərxis edildikdən sonra hansı rayondan gediblərsə, həmin ərazi üzrə ehtiyatda olan əsgər kimi qeydiyyatda olacaqlar. Bu qanunda edilən dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib. Belə ki, hərbi çağırış yaşının son həddi 30, keçmə yaş həddi isə 31 yaş 6 aydır”, - ekspert qeyd edib.

 

Firuzə Əliyeva   


OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...