Bu xəstəliklərin diaqnostika və müalicəsi də icbari tibbi sığorta ilə qarşılanır

Bu xəstəliklərin diaqnostika və müalicəsi də icbari tibbi sığorta ilə qarşılanır

Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi xəstəliyin vaxtında aşkar olunması və insan sağlamlığını qorumaq üçün vacibdir. Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb.

 

Müasir müayinə üsulları sayəsində tənəffüs yolları xəstəlikləri dəqiq şəkildə müəyyən edilir. Rəqəmsal rentgen müayinəsi tənəffüs yollarını görüntüləməklə yanaşı, xəstəlik əlamətlərini erkən mərhələdə aşkarlamağa imkan verir. Spirometriya tənəffüs həcminin və sürətinin ölçülməsini əhatə edən xarici tənəffüs funksiyasının öyrənilməsi üsulu olub həm diaqnostik məqsədlə, həm də müalicənin effektivliyinin təyini üçün geniş istifadə olunur. Kompüter tomoqrafiyası (KT) vasitəsilə tənəffüs sistemi patologiyaları detallı şəkildə analiz olunur. Qeyd olunmuş müayinə metodları ilə yanaşı, tələb olunan laborator analizlərin (qanın ümumi analizi, qanın qaz tərkibinin, bəlğəmin müayinəsi və s.) icrası da icbari tibbi sığorta hesabına həyata keçirilir.

 

Tənəffüs sistemi xəstəliklərinin müalicəsi xəstəliyin növü, ağırlıq dərəcəsi və xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. Ağır hallarda xəstəxana şəraitində stasionar müalicə aparılır ki, bu da xəstələrin tənəffüs funksiyalarının bərpası üçün vacibdir.

 

Ağciyərlərin obstruktiv xəstəlikləri (tənəffüs yollarının daralması) zamanı xəstələrə bronxodilatatorlar, antibiotiklər, steroidlər və digər preparatlar təyin olunur və müntəzəm tibbi müayinə məsləhət görülür. Eyni zamanda, həyata keçirilən reabilitasiya xidmətləri, o cümlədən tənəffüs gimnastikası və fizioterapiya, ağciyərlərin funksional vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Xəstələrin həyat tərzinin dəyişdirilməsi, zərərli vərdişlərindən uzaqlaşmaları üçün tövsiyələr verilir. Belə kompleks tədbirlər sayəsində ağciyər xəstəliklərinin müalicəsində daha yaxşı nəticələr əldə edilir və xəstələrin həyat keyfiyyəti artırılır.

 

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış tənəffüs sistemi xəstəlikləri üzrə müayinə və müalicə metodlarından tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

 

Qeyd edək ki, qış ayları respirator xəstəliklərin artdığı bir dövrdür. Bu mövsümi xəstəliklər ağciyər və tənəffüs yolları ilə bağlı müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Bronxit, pnevmoniya (xalq arasında sətəlcəm kimi tanınır) və ağciyərlərin obstruktiv xəstəlikləri vaxtında müayinə və müalicə tələb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin - yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların vaxtında müayinə olunması önəmlidir.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...