“Bütün məhəllə yerlə-yeksan oldu...”

“Bütün məhəllə yerlə-yeksan oldu...”

Xəbər verdiyimiz kimi, Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub.

 

Sfera.az  xəbər verir ki, sənətçi bu barədə “Posta”ya müsahibə verib.

 

“Xatirələr, studiyam, şəkillər, videolar, tablolar və kolleksiyam... Hamısı yandı. Bütün məhəllə yerlə-yeksan oldu. Dostlarımız, tanışlarımız evsiz qalıb”, - deyə, Kənan bildirib.

 

O deyib ki, yanğınlar tamamilə bitdikdən sonra Berenlə birgə evlərinə gedəcəklər.

 

Xatırladaq ki, evi yanan türk məşhurlar arasında “Survivor” yarışması ilə tanınan Turabi Camkıran da olub.

 

Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir.

 

Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı da var.

 

Şəhərədə ev sahibi olanlar arasında məşhur aktyor Cağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur.

 

Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur. ("Qafqzinfo")


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...