"Türkiyə hər an Suriyada antiterror əməliyyatına başlaya bilər" - Ekspert

"Türkiyə hər an Suriyada antiterror əməliyyatına başlaya bilər" - Ekspert

“Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir”.  

 

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə cərəyan edən son proseslərdə də Suriyanın yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, - Hakan Fidan əlavə edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  indiyədək mövcud olan Əsəd rejimi Türkiyənin terrorla mübarizəsini qismən çətinləşdirirdi, amma daha elə bir problem yoxdur:

 

“Türkiyənin Suriyanın yeni hakimiyyəti ilə təmasları intensivləşdirməsi birbaşa olaraq terrorla mübarizə məsələsi ilə bağlıdır. Hətta istisna deyil ki, üsyançılar hakimiyyətə gəlməzdən əvvəl Ankara ilə müəyyən gizli sövdələşmə əldə olunmuşdu. İndi Suriya hakimiyyəti ilə Türkiyə bir- birilərinin “əllərinə oynayacaqlar”. Təsadüfi deyil ki, Ankara beynəlxalq ictimaiyyətin Dəməşqə qarşı təzyiqlərini azaltmağa çalışır və Suriyanın bərpasına dəstək verir. Bunun müqabilində Suriya da Türkiyənin təhlükəsizlik maraqlarına müvafiq olaraq terrorla mübarizəsinə dəstək verəcək. Türkiyənin Suriyada genişmiqyaslı antiterror əməliyyatına başlaması tamamilə mümkündür. Artıq anonsu verilən əməliyyatların qarşıdakı dövrdə başlamasının şahidi ola bilərik”.

 

Ekspert bildirib ki, bundan əvvəl həm Suriyadakı yeni hakimiyyət, həm də ABŞ, Rusiya və İranla diplomatik təmaslar intensivləşəcək:

 

“Əgər yeni rejim terrorçuların ölkə ərazisindən tamamilə çıxarılmasına söz verməsə, əməliyyatlar başlayacaq. Hakan Fidanın dediklərindən belə məlum olur ki, Türkiyə bu il terror təhdidinə tamamilə son qoymaqda israrlıdır. Bunun üçün münbit şərait var. Odur ki, Ankara bütün diplomatik və hərbi imkanlardan istifadə edəcək. Ehtimal etmək olar ki, Türkiyə cari ildə terror təhlükəsinə tamamilə son qoymağı və ya əhəmiyyətli dərəcədə nəticə qazanmağı bacaracaq”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...