"Xamenei öldükdən sonra İranda sistem çökəcək" - Politoloq

"Xamenei öldükdən sonra İranda sistem çökəcək" - Politoloq

“SEPAH İran prezidentinin həm daxili, həm də xarici siyasətini sabotaj edir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, demək olar, İranın azərbaycanlı prezidenti öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir:

 

“Bir neçə ay bundan əvvəl Məsud Pezeşkian ona işləməyə imkan verilmədiyini qeyd etmişdi. Məhz azərbaycanlı olduğu üçün onun Azərbaycan prezidenti ilə dialoquna və görüşünə imkan verilmir. Seyyid Əli Hüseyni Xamenei isə əslən azərbaycanlı olsa da, o, milli mənsubiyyətini fars-sasani milli ideologiyasına dəyişib. İran Yaxın Şərqdə Fatimiyyun, Zeynəbiyyun, Qüds Briqadası yaradaraq terror siyasətini davam etdirib. Xameneinin siyasətindən İranın öz xalqı, Suriya, Livan, İraq və Yəmən xalqları da əziyyət çəkib. İranın dini lideri Azərbaycanda da eyni ssenarini tətbiq etməyə çalışsa da, Tehranın anti-Azərbaycan siyasəti fiaskoya uğrayıb”.

 

Ekspert vurğulayıb ki, İran İnqilabının banisi Ruhulla Xumeyniden sonra Əli Hüseyni Xamenei nüfuzlu və ikinci şəxsdir:

 

“İranda hakim dini rejim məhz iki nəfərin üzərində qurulub. Fikrimcə, Xamenei öldükdən sonra İranda siyasi vəziyyət dəyişəcək və mövcud sistemin çökməsi qaçılmaz olacaq. SEPAH daxilində kəskin fikir ayrılıqları və hakimiyyət uğrunda daxili savaş isə İranın parçalanmasına yol aça bilər”.

 

Türkan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...