2024-cü ildə Neymar42 dəqiqəoynayıb: 100 milyonqazanıb


2024-cü ildə Neymar42 dəqiqəoynayıb: 100 milyonqazanıb

 “Əl-Hilal”ın 32 yaşlı hücumçu 2024-cü ildə Səudiyyə Ərəbistanı klubunda iki oyun keçirdikdən sonra 101 milyon avro qazanıb.

 

Braziliyalı futbolçu 2023-cü ilin oktyabrında çarpaz bağlarından zədələnib.

 

Sfera.az Lent.az-a istinadla məlumatına görə, oktyabr ayına qədər Neymar zədəsini sağaltmışdı, lakin Asiya Çempionlar Liqasında "Esteqyal"la oyunda (3:0) yenidən zədələmişdi.

 

“Karyeramdan çox razıyam: əldə etdiklərim və oynadığım klublar. Aydındır, siz həmişə fikirləşirsiniz ki, mən burada və orada başqa nə edə bilərdim, amma bu, futbolun bir hissəsidir. Heç vaxt bütün kubokları qazanmayacaqsınız. İndiyə qədər etdiyim hər şeydən çox razıyam", - yanvarın əvvəlində Neymar CNN-ə müsahibəsində deyib.

 

Braziliyalı futbolçu karyerası ərzində “Santos”, “Barselona” və PSJ-də çıxış edib. Neymar oyunlarının çoxunu "Santos"da keçirib. O, bütün yarışlarda 225 oyun keçirib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.

 

Neymar 2023-cü ilin yayında "Əl-Hilal"a keçib. Daimi zədələri səbəbindən braziliyalı Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

 

Transfermarkt portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.

 

Neymar 2010-cu ilin avqustunda Braziliya millisində debüt edib. Milli komandanın heyətində futbolçu 128 oyun keçirib və 79 qol vurub.


OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...