“Bacım başını açdığı üçün ad günümə çağırmadım”


“Bacım başını açdığı üçün ad günümə çağırmadım”

Aparıcı Tarix Əliyev (Tolik) bacısı Fatimə ilə bağlı açıqlamalar verib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, RTV-də yayımlanan "Çərçivədən kənar" proqramında danışıb. Tolik bacısından danışarkən göz yaşlarını saxlaya bilməyib:

 

"Bacım Fatimə ata-anasız qaldı. Bizim ikimizə də miras qaldı, mən ona verdim. Dedim, namusu qadın özünə görə saxlayır. Nə qardaşa, nə ataya, nə əmiyə, nə də ərə görə... Yalnız özü üçün... İlk dəfə burada deyəcəyəm, Fatimənin ata-anası rəhmətə gedəndən sonra hicab bağlamışdı. Üç ildən sonra mənə zəng etdi ki, hicabda qala bilmirəm. Dedi ki, mən tək yaşayıram, işləmək istəyirəm. Dedi, onda 19 yaşım var idi, Allaha sığındım. Mən onda ona demişdim ki, bu, Allahla sənin aranda olan müqavilədir, mənimlə yox. Allaha sığınıb başını bağlayırsan, kimsə Allaha görə namaz qılır, mənə görə yox. Dedi, qardaş, istəyirəm, başımı açım. Mən bacımı ad günümə çağırmadım, o, ağladı məni təbrik etdi. Dedim ki, cəmiyyətdə söyüləcəyəm deyə səni çağıra bilmərəm. Çünki səninlə mənim şəkillərimi qoyub deyəcəklər ki, görürsən onun bacısı başını bağlamışdı açdı və ad günüm burnumdan gələcək. İki ilə yaxındır bacımla görüşmürəm, darıxıram. Telefonda danışıram, ona pul, hədiyyə göndərirəm, bu yaxınlarda "İphone" aldım. Tanınıram deyə doğma bacımla restorana gedə bilmirəm ki, bizi görəcəklər. Cəmiyyət o qədər pis olub ki, məni qınayacaqlar. Başa sala bilmirəm ki, bacım uşaqdır, o, bunu dərk etmir. Doğma bacımla restoranda otura bilmirəm ki, bir nəfərdən biri görüb nəsə deyəcək. Ad günümdə istəyərdim ki, yanımda olsun. Dedim, Fatimə, keçən il ad günümdə səni səhnəyə çıxardım, bir ildən sonra bunu etsəm, TikTok-da məni yıxıb-sürüyəcəklər. Dedim ki, Fatimə, elə et ki, ata-ananın arzuladığı toyu sənə edə bilim. Çünki atan mənim toyumu görmədi". (olay)


OXŞAR XƏBƏRLƏR

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...