"Şoklara hazır olun" - VİDEO

"Şoklara hazır olun" - VİDEO

"Toy səhnəsi mənim səhnəm deyildi. Ona görə də dəyişdim. Bir dəfə dedilər bütöv toy apar. Elə qiymət dedim ki, ev sahibi qayıtdı, niyə belə etdiniz? Cavab verdim ki, burada səhnə, dekor quracağam. Dedilər ki, heç nə istəmirik, bir siz gəlin. Alınmırdı. Bir dəfə də bütöv nişana getdim.
 

Dedim ki, bütün xoşbəxt müğənnilərdə olduğu kimi məndə də başqa ifaçılar olacaq. Bir dənə müğənni yox idi. Bir Rəsul Əfəndiyev, bir də mən oldum. Ev sahibi də deyirdi ki, Rəsul, çəkil, ancaq Aygün oxusun. Əməliyyatdan da yeni çıxmışdım. Bütün bədənim gizildəyirdi".

 

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" verilişində deyib.
 

Pop kraliça toy səhnəsində etdiyi dəyişiklikdən danışıb.
 

Kazımova növbəti ad günündə də sevənlərinə sürpriz hazırladığını deyib. O bildirib ki, tamaşaçılar şoklara hazır olsun:

 

"Sıradan nələrsə tükümü də tərpətmir. Nəsə ilk dəfə olursa, həyəcanlanıram. Ad günüm gələndə hər zaman nəsə layihə edirəm. Hər zaman sevinirəm, istəyirəm o gün də mənə aid olmasın, yaradıcılıqda olsun. Hər şeyi bir dəfə edirsən, növbəti illərdə deyirsən alındı, yenə edim.

 

2024 karma ili idi. 2025-ci il isə yaradıcı il olacaq. Yeni albom olacaq, ad günümdə təqdim ediləcək. Ənənələr davam edəcək, kliplər olacaq. Ötən ilkilərdən də hit mahnılar gələcək.
 

Səhnə üçün "S.O.S" mənəm".


OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...