Rusiya bu ölkəyə qaz nəqlini DAVAM ETDİRƏCƏK: “Putinlə danışdım, söz verdi ki...”

Rusiya bu ölkəyə qaz nəqlini DAVAM ETDİRƏCƏK: “Putinlə danışdım, söz verdi ki...”

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayanmasından sonra Slovakiyanın qaz təchizatında problemlər yaranıb. Slovakiya hazırda bu problemi həll etmək üçün Rusiya ilə danışıqları davam etdirir.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, danışıqların nəticəsi ilə bağlı parlamentdə məlumat verən Slovakiyanın Baş naziri Robert Fiko Rusiyadan qaz alacaqlarını deyib.

 

Onun bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin Slovakiyaya müqaviləli qaz tədarükü üçün alternativ yollar tapacağına söz verib. Fiko parlamentin komitə iclasında deyib:

 

“Mən Putinlə “Qazpromla” aramızda olan müqavilə haqqında danışdım, bu müqavilədə deyilir ki, onlar bizə qazı hansısa yolla çatdırmalıdırlar. Biz Türkiyə üzərindən keçən marşrut istifadə edə bilərik. Putin “Türk axını” boru kəmərinin və Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyan birləşdirici marşrutun gücünun məhdud olduğunu desə də, Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə zəmanət verib”.

 

Qeyd edək ki, Ukraynadan keçən kəmər vasitəsilə ildə 13,5 milyard kubmetr qaz nəql olunurdu. Bunun 3 milyard kubmetrini Slovakiya alırdı.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycana yarım tonluq kosmik gəmi düşəcək

Yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək.   Sfera.az “BBC”yə istinadən xəbər ve...

Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkında dünyaya gələn şir balasını bəsləy...

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...