Cənubi Qafqaz ölkələrinin dövlət və hərbi büdcələri: Azərbaycan böyük üstünlüyə sahibdir

Cənubi Qafqaz ölkələrinin dövlət və hərbi büdcələri: Azərbaycan böyük üstünlüyə sahibdir

Cənubi Qafqaz ölkələri arasında Azərbaycan həm dövlət büdcəsinin, həm də hərbi büdcənin xərclərinə görə, qonşuları qarşısında böyük üstünlüyə sahibdir.

 

Sfera.az Media Təhlil Mərkəzinin (MTM) araşdırmasına istinadən xəbər verir ki, 2025-ci ildə dövlətl büdcəsinin xərclər hissəsi Gürcüstanda 7,743 milyard dollar, Ermənistanda 8,7 milyard dollar olduğu halda, Azərbaycanda 24,36 milyard dollar olacaq.

 

Azərbaycanın ümumi büdcə xərcləri hər iki ölkənin cəmi xərclərindən (16,44 milyard dollar) 7,92 milyard dollar çoxdur.

 

Müdafiə xərclərinə görə də fərq çox böyükdür.

 

Bu il Gürcüstan 0,64 milyard dollar, Ermənistan 1,68 milyard dollar vəsaiti hərbi məqsədlər üçün xərcləməyi planlaşdırdığı halda, Azərbaycan 4,94 milyard dollar vəsaiti həmin istiqamətdə xərcləməyi nəzərdə tutub.

 

Azərbaycanın müdafiə xərcləri Ermənistanın eyni məqsədli xərclərindən təxminən 3 dəfə (3,26 milyard dollar çox), Gürcüstanın hərbi xərclərindən isə 7,72 dəfə çox olacaq.

 

Hərbi xərclərin dövlət büdcəsinin xərclərindəki payına görə də Azərbaycan öndədir. Azərbaycanda büdcə xərclərinin 20,3 faizi, Ermənistanda 19,3 faizi, Gürcüstanda 8,2 faizi hərbi məqsədlərlə xərclənəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imz...

Hindistan-Pakistan gərginliyi səngimir: "BMT öz rolunu oynaya bilmir"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələs...

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi &ld...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...