Türklər Rəfsancaninin dəfnində aləmi qatdılar

Türklər Rəfsancaninin dəfnində aləmi qatdılar
 
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsancaninin dəfn mərasimində hazırda ev dustağı olan azərbaycanlı müxalifətçi Mir Hüseyn Musəvinin leyhinə şüarlar səsləndirilib.

Sfera.az Missiya.Az-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və ölkənin ali dini lideri Ayətullah Xameneinin də iştirak etdiyi mərasimdə iştirak edən insanlar Musəvinin azadlığa buraxılması tələb edilib. Digər bir qrup isə Rəfsancaninin xələfi islahatçı şəkilləri və mətbuata çıxışı qadağan edilən Muhəmməd Xatəminin leyhinə şüarlar səsləndiriblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_7.jpeg

Mərasimdə anidən Musəvi leyhinə şüarların səsləndirilməsi İranın dövlət televiziyasını çətin vəziyyətə salıb. Cənazə mərasimini canlı yayımlayan televiziya azərbaycanlı müxalifətçinin leyhinə səsləndirilən şüarların efirə getməsinə imkan verməyib. Televiziya mərasimi zamanı səsləndirilən dini musiqinin səsini yüksəltməklə şüarların tamaşaçılar tərəfindən eşidilməsinə mane olub.


b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_rafsancani-nin-cenaze-reformist-lerin-govde-gosterisine-donustu-231855-1.jpg

Musəvi 2009-cu ildə prezidentliyə namizəd olub. Azərbaycan əsilli siyasətçi İranda keçirilən sekilərin saxtlaşdırıldığını iddia edərək tərəfdarlarını mitinqlərə çağırmışdı.

Həmin vaxt İranda yaşanan hadisələr bütün dünya mediasının baş xəbərinə çevrilmişdi. İran hakimiyyəti azərbaycanlı müxalifətçinin təşkilatçılığı ilə başladılan mitinqləri tez bir zamanda dayandırmağı bacarmışdı.



OXŞAR XƏBƏRLƏR