Obama köməkçisini ağlatdı
Dünya
11:32 / 13.01.2017
1083
Barak Obama köməkçisi Co Baydeni ABŞ-ın ən yüksək medalına layiq görüb
Sfera.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama köməkçisi Co Baydenə sürpriz edib. Obama köməkçisinə "Prezident Azadlıq Medalı" verib.
Barak Obama Ağ Evdə təşkil edilən tədbirdə köməkçisini medal ilə mükafatlandırıb. Prezident Baydenin Amerika xalqına olan inancı, ölkəsinə olan sevgisi və nəsillər boyu unudulmayacaq xidmətləri olduğunu söyləyib.
Bayden isə bu səhnədən təsirlənib və göz yaşlarına hakim ola bilməyib: "Mən burada yoldaşım Cill, Mişel və Barak ilə keçirdiyimiz 8 ilin xatirəsinə qədəh qaldıracağımızı düşünürdüm".
Zalda əyləşənlər Baydeni uzun müddət ayaq üstə alqışlayıblar. Qonaqlardan biri Coya gözünü silmək üçün salfet verib.