Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTDI

Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ARTDI

2024-cü ildə Azərbaycana hava nəqliyyatı ilə 38 ölkədən 3 milyon 523,1 min nəfər səfər edib.

 

Sfera.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ölkə (8,5 %) və 801 min nəfər (32,1 %) çoxdur.

 

Ötən il Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 967,1 min nəfər. Bu da əvvəlki ilə nisbətən 27,7 % artım deməkdir.

 

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 864 min 463 nəfər səyahət edib ki, bu da illik müqayisədə 19 % çoxdur.

 

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 458 min 333 sərnişinlə (+43,5 %) daxil olub.

 

Siyahıda daha sonra Gürcüstan (228,7 min sərnişin, +29 %), Səudiyyə Ərəbistanı (115,6 min sərnişin, +7,5 %), Hindistan (109,6 min sərnişin,+3,4 dəfə) Qazaxıstan (108,9 min sərnişin, +27,9 %), İtaliya (61,8 min sərnişin, +79,5 %), Qətər 58,5 min sərnişin, +71,2 %) və Özbəkistan (56,5 min sərnişin, -15,6 %) qərarlaşıb.

 

İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (48,9 min sərnişin, +15,6 %) İsrail (47,5 min sərnişin, +23,1 %) TOP-10-dan çıxıb.

 

Ötən ilin təkcə dekabr ayında isə Azərbaycana hava nəqliyyatı ilə 291,2 min sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayına nisbətən 22,9 % çoxdur.

 

O cümlədən, ötən ay Rusiyadan 74 min 909 sərnişin daşınıb ki, bu da illik müqayisədə 18,2 % çoxdur.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...