"Türkiyə ilə müttəfiqliyimiz Rusiya və İranı narahat edir" - ŞƏRH

"Türkiyə ilə müttəfiqliyimiz Rusiya və İranı narahat edir" - ŞƏRH

Son günlər Rusiya və İranın Azərbaycana qarşı siyasi təxribatları əsas müzakirə obyektlərindən biridir. Ötən gün Prezident İlham Əliyev də bu istiqamətdə yerli telekanallara müsahibəsində ciddi mesajlar verib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, ölkəmiz hər zaman İran və Rusiya ilə münasibətləri normal saxlamağa çalışıb:

 

“Amma regional siyasi dəyişikliklər Tehran və Moskvanın dözümsüzlüyünü ortaya qoydu. Hər iki qonşu ölkə Azərbaycana qarşı açıq təhdid siyasətinə keçdilər. Rusiya və İranın problemli qonşu ölkələr olduğunun fərqindəyik.Təbii ki, bizim Türkiyə ilə müttəfiqliyimiz də onlarda müəyyən narahatlıq yaradır. Fikrimcə, bundan sonra da Azərbaycan Türkiyə ilə sıx siyasi əlaqələri koordinasiyalı etməli, ABŞ ilə də strateji tərəfdaşlıq istiqamətində yanvardan sonra danışıqlar aparmalıdır”.

 

Ekspert bildirdi ki, Azərbaycanın xarici siyasəti yeni mərhələyə keçməlidir:

 

“30 il ərzində balans və manevr siyasəti indiki siyasi çağırışlara cavab vermir. Çünki yeni siyasi nizam qurulur və Moskva və Tehran siyasətinin neytrallaşdırılması istiqamətində yeni strategiya yaradılmalıdır.  Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Məlumata görə, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, Tehran və Moskva arasında yaşanan siyasi böhran fonunda Ərdoğanın bu zəngi  Ankaranın siyasi dəstəyi ilə bağlı iki qonşu ölkəyə göndərilən mesajdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...