Azərbaycanın futzal millisinin seçmə mərhələ oyunları üçün ilkin heyəti bəlli oldu

Azərbaycanın futzal millisinin seçmə mərhələ oyunları üçün ilkin heyəti bəlli oldu

Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Komandanın yanvarın 10-dan 23-dək Bakıda təlim-məşq toplanışı olacaq. Baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 16 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.

 

Qapıçılar: Əbdül Hüseynov, Hüseyn Hüseynov

 

Oyunçular: Əli Həsənzadə, Rəvan Məsiyev, Pünhan Qasımov, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Mətləb Osmanov, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Bəyoğlan Vəlizadə, Umud Qasımov, Aslan Qasımlı

 

Qeyd edək ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...