Sumqayıtda qadının 7 min 320 manatını oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda qadının 7 min 320 manatını oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7 min 320 manat oğurlayan, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Hadisəni törədən keçmiş məhkumlar Əvəz Cəfərov və Sürəyya Balayeva, eyni zamanda, evlərin birindən 1 200 manat dəyərində təmir alətləri, inşaat materialları da oğurlayıblar.

 

Bununla yanaşı, Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb.

 

Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.

 

Faktlarla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...