10 yeni metro stansiyasının inşası neçəyə başa gələcək? - Məbləğ AÇIQLANDI

10 yeni metro stansiyasının inşası neçəyə başa gələcək? - Məbləğ AÇIQLANDI

Ötən gün Prezident İlham Əliyev yerli mediaya müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır:

 

“Paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir. 10 yeni stansiyanın harada tikiləcəyi isə deyilmədi. Lakin Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və inkişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğunu deyə bilərik”.

 

Ekspert Bakı metropolitenində görülməli olan ən zəruri işlərdən də söz açıb:

 

“Yaşıl və Qırmızı xətlərin ayrılması (yəni Dərnəgül stansiyasından gələn qatarların “28 May” satansiyasına deyil, C.Cabbarlı satansiyasına və oradan Xətai satansiyasına keçməsinin təmin olunması);  Dərnəgül deposunun tikilməsi; Yaşıl xəttin Xətai stansiyasından Həzi Aslanov stansiyası istiqamətinə yeni stansiyalarının və Dərnəgül stansiyasından Koroğlu stansiyasına tərəf yeni stansiyaların tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxeminin təmin edilməsi; Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin Xırdalan istiqamətinə uzadılması;  Qırmızı xəttin İçərişəhər stansiyasından sonra Badamdar istiqamətində, H. Aslanov stansiyasından isə Zığ istiqamətinə inkişafı və.s. Yəni Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamalıdır”.

 

Ə.Hüseynov bildirdi ki, metro çox ciddi şəkildə, daha sürətlə genişləndirilməlidir:

 

“Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır. Bakının baş planında proqnozlaşdırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır. Yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...