Neft və qaz gəlirləri 1,6 milyard dollar AZALDI - RƏSMİ

Neft və qaz gəlirləri 1,6 milyard dollar AZALDI - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ildə neft və qaz satışlarından gəliri bir il əvvəlki dövrlə müqayisədə 1,6 milyard dollardan çox azalıb.

 

Sfera.az ARDNF-in məlumatına istinadən xəbər verir ki, 2024-cü ildə neft və qaz satışından gəlirlər 6 milyard 601 milyon dollar təşkil edib.

 

Bu qədər gəlirin 6 milyard 158,5 milyon dolları “Azəri-Çıraq-Günəşli” yatağından, 442,1 milyon dolları “Şahdəniz” yatağından əldə olunub. Bir il əvvəl neft və qaz satışından 8 milyard 207 milyon dollar gəlir qeydə alınmışdı.

 

2023-cü ildə gəlirin 6 milyard 899 milyon dolları “Azəri-Çıraq-Günəşli” yatağının, 1,31 milyard dolları isə “Şahdəniz” yatağının payına düşürdü.

 

Müqayisə göstərir ki, 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yatağından gəlirlər 740,5 milyon dollar, “Şahdəniz”dən gəlirlər 868 milyon dollar azalıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...

Kobaxidze İlham Əliyevi nümunə göstərdi- “Siz regionda fərqli bir lidersiniz”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib. &n...

TƏBİB-dən partlayışda yaralananlarla bağlı AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunun Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib. &nb...

Arayik Artuniyan: İndi bu bəyanata görə təəssüflənirəm

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış ...

Vardanyanın bu vəsatəti təmin olundu

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini ...