Britaniyada mənzil qiymətləri rekord həddə çatdı - MƏBLƏĞ

Britaniyada mənzil qiymətləri rekord həddə çatdı - MƏBLƏĞ

Britaniyanın mənzil maliyyələşdirmə şirkəti olan “Halifax” 2024-cü ildə ölkədəki mənzil qiymətlərindəki dəyişikliyi açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Britaniyada orta ev qiyməti 2024-cü ildə 3,3 faiz artaraq 297 min 166 sterlinq (633 min manat) olub. Ötən ilin dekabrında qiymətlər əvvəlki ilin dekabrına nisbətən 0,2 faiz azalıb.

 

Qiymətlər 5 ay dalbadal artdıqdan sonra dekabrda ilk dəfə cüzi eniş göstərib. Dekabrda illik müqayisədə ev qiymətlərinin ən kəskin artımı 7,4 faizlə Şimali İrlandiya olub. Şimali İrlandiyada orta ev qiyməti 205 min 895 sterlinqə (438,5 min manat) yüksəlib.

 

İngiltərənin paytaxtı London Britaniyada ən baha evlərin olduğu yaşayış məntəqəsidir. Londonda mənzil bazarında orta qiymət 3,3 faiz artaraq 547 min 614 sterlinq (1,166 milyon manat) təşkil edib.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...