Makronun Azərbaycanı ittiham etməsinin PƏRDƏARXASI

Makronun Azərbaycanı ittiham etməsinin PƏRDƏARXASI

Ötən gün Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı Azərbaycanla bağlı bir sıra fikirlər səsləndirib. O qeyd edib ki, Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib. Makron həmçinin deyib ki, Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. 

 

Maraqlıdır, Fransa niyə Azərbaycanı hədəf alır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yelisey Sarayı bütün imkanları ilə regiona daxil olmaq istəyir və bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir:

 

“Bu isə son nəticədə Bakı-Paris münasibətlərinə təsir edir. Makronun iddiaların gəldikdə, bildirmək lazımdır ki, Azərbaycan öz xarici siyasətində heç bir dəyişiklik etməyib. Rəsmi Bakı müstəqil oyunçu kimi həm Qərblə, həm də Rusiya ilə münasibətləri qoruyur. Rusiya- Ermənistan münasibətlərinin pisləşməsi isə ikincinin “Qərbin qucağında oturması”  ilə bağlıdır. Digər tərəfdən, Azərbaycan uzun müddət öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib. 30 il ərzində beynəlxalq ictimaiyyət bu məsələyə heç bir ciddi reaksiya göstərməyib. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz işini görüb. Rəsmi Bakı həmişə olduğu kimi indi də haqsıza qarşıdır. Belə olan halda, Azərbaycanın Fransa müstəmləkəçiliyinə məruz qalanların, o cümlədən Yeni Koledoniyanın haqlı səsini dünyaya çatdırmağa çalışması təəccüblü olmamalıdır”.

 

K.Novruzov qeyd etdi ki, Fransa özünü beynəlxalq hüququn müdafiəçisi kimi göstərsə də, Azərbaycanla münasibətdə heç vaxt bu məqamı nəzərə almayıb:

 

“Bu, Parisin ikiüzlülük və riyakarlığının ən bariz nümunəsidir. Fransanın indiki gərgin məqamda Azərbaycanı öz daxili işlərinə qarışmaqda ittiham etməsi sadəcə diqqəti yayındırmaq cəhdidir. Yelisey Sarayı öz uğursuzluğunu xarici faktorlarla əlaqələndirməyə çalışır”.

 

Günay 

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...