İrəvanın təxribatlara əl atmaqdakı məqsədi nədir? - AÇIQLAMA

İrəvanın təxribatlara əl atmaqdakı məqsədi nədir? - AÇIQLAMA

Ötən gün Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Bu isə sülh gündəliyinin müzakirə edildiyi vaxtda müəyyən suallar yaradıb.

 

Maraqlıdır, İrəvanın təxribatlara əl atmasında məqsəd nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı xatırladıb ki, Avropa İttifaqı missiyasının müddəti 19 fevral tarixində başa çatır.

 

Onun sözlərinə görə, missiyanını vaxtının uzadılmasında İrəvan da, Brüssel də maraqlıdır: “Aİ və İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm də Rusiya qarşısında “qalxan”, eyni zamanda Avropa ilə əsas bağlantı rolunu oynayır. Xüsusilə bu, Donald Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda belədir. Brüssel üçün isə bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib”.

 

Ekspertin fikrincə, sərhəddə təxribatların törədilməsi də Aİ missiyasının zəruriliyini sübut etmək üçündür: “Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir. Düşünürəm ki, müşahidə missiyasının gələcəyinin Aİ-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...