Müzakirə yaradan İQ səviyyəsi məsələsi: Azərbaycanlılarda niyə aşağıdır? - İZAH

Müzakirə yaradan İQ səviyyəsi məsələsi: Azərbaycanlılarda niyə aşağıdır? - İZAH

Son günlər intellekt əmsalı ilə bağlı statistika müzakirə obyekti olub. Bir sıra şəxslər sosial mediada ölkələr üzrə açıqlanan İQ səviyyəsi haqqında məlumatları bölüşür və qeyd edilir ki, siyahıda Azərbaycan aşağı sıralardadır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq Fuad Əsədov deyib ki, insanın intellekt səviyyəsinə bir neçə faktor təsir göstərir:

 

“Genetika, təhsil səviyyəsi, sosial faktorlar və s. Xüsusilə burada “sosial faktorlar” hissəsi önəmlidir. Çünki siz çox yaxşı universitetdə təhsil alsanız belə, çevrənizdə qlobal istiləşmə və ya investment haqqında söhbətlər yerinə, “yaxşı qız necə olmalıdır”, “evdə çayı kişi tökməlidir, yoxsa qadın” kimi məişət səviyyəsini aşa bilməyən söhbətlər gedirsə, istər-istəməz bu, sizin də intellektinizə təsir göstərəcək. Dünyada da ölkələrin ortalama intellekt göstəriciləri bunlar nəzərə alınaraq iki istiqamətdə hesablanır. Birincisi, riyaziyyat, fəlsəfə və elmi biliklərinizə görə; ikincisi, “intelligence capital index”ə görə..Yəni özünüzü inkişaf etdirmək və pul qazanmaq üçün ağlınızı necə istifadə edə bilirsiniz”.

 

F.Əsədov qeyd etdi ki, statistikada, elmi biliklərə görə birinci pillədə Sinqapur dayansa da, “intelligence capital index”ə görə Amerika ön sıradadır:

 

“Bu arada, Amerika elmi biliklərə görə heç ilk onluqda deyil. Çünki təhsil sistemi bərbaddır və cəmiyyəti çox cahildir. Beləliklə, ölkələr arası İQ hesablanarkən bütün faktorlara diqqət edirlər və bu siyahıda birinci yerdə Yaponiya durur. Ermənistan 63-cü yerdə, Türkiyə 75-ci yerdə, Azərbaycan isə 81-ci yerdədir. Azərbaycan cəmiyyətinin ortalama İQ-sü 84 dür. Bu o deməkdir ki, Azərbaycanda əhalinin 14 faizinin İQ-sü 84 və daha azdır, 70 faizinin İQ-sü 80-95 arasındadır. Bu İQ əqli gerilik sayılmasa da, ortalamadan aşağıdır və o mənaya gəlir ki, bu insanlar gündəlik fəaliyyətləri yerinə yetirə bilə və onlara deyilən təlimatları edə bilsələr də, yaradıcı düşüncədən, liderlik qabiliyyətindən uzaqdırlar. Siyahıda Azərbaycandan sonra Gürcüstan və Ərəbistandan başqa, demək olar, normal ölkə yoxdur. Küveyt, Pakistan, Əfqanıstan, Uqanda, Liviya, Kuba və.s kimi ölkələr yer alır. Yəni vəziyyət ürəkaçan deyil”.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...