Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır

Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır

İnternetdə Android istifadəçilərini hədəf alan və Telegram tətbiqi adı altında maskalanan FireScam adlı zərərli virus yayılır.

 

Sfera.az xəbər verir ki, bu barədə BleepingComputer məlumat yayıb.

 

FireScam istifadəçiləri aldadaraq RuStore platformasını təqlid edən zərərli bir səhifəyə yönləndirir və "GetAppsRu.apk" adlı tətbiqi yükləyir. Bu tətbiq Android qoruma vasitələrindən gizlənərək cihazda quraşdırılmış proqramları skan etmək, yaddaşa daxil olmaq və əlavə paketlər yükləmək üçün lazımi icazələri əldə edir.

 

Daha sonra virus "Telegram_Premium.apk" adlı başqa bir zərərli proqram yükləyir. Bu proqram bildirişlərə, SMS-lərə, mübadilə buferinə və digər şəxsi məlumatlara daxil olmaq üçün icazə tələb edir. FireScam işə salındıqda istifadəçiləri aldadaraq saxta Telegram avtorizasiya səhifəsini göstərir və məlumatlarını oğurlayır.

 

Virus eyni zamanda Firebase Realtime Database ilə əlaqə yaradaraq əldə etdiyi məlumatları bu bazaya göndərir. Bununla yanaşı, uzaq serverlə daimi əlaqə saxlayan FireScam qurbanın cihazında fərqli əmrlər yerinə yetirə, izləmə parametrlərini tənzimləyə və əlavə zərərli proqramlar yükləyə bilir. Həmçinin, cihaz ekranındakı fəaliyyətləri izləyərək ödəniş məlumatlarını ələ keçirmək qabiliyyətinə malikdir.

 

Mütəxəssislər istifadəçiləri yalnız rəsmi mənbələrdən tətbiq yükləməyə və şübhəli faylları açmamağa çağırır. Şəxsi məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...