Prezidentin bugünkü çıxışı Qazaxıstan mətbuatında


Prezidentin bugünkü çıxışı Qazaxıstan mətbuatında

Qazaxıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “AZAL” sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə çıxışını işıqlandırıb.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Tengrinews.kz” Azərbaycan Prezidentinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı təqsirkarların cəzalandırılması tələbi ilə çıxış etdiyini və ictimaiyyətin araşdırmanın ilkin nəticələrini tezliklə öyrənəcəyini bəyan etdiyini yazır.

 

“Kaztag.kz” nəşri dövlət başçısının sözlərinə istinadən yazır ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının həlak olmasına görə məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. “Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, biz tam şəffaflıq və insani davranış tələb edirik”, – deyə nəşr Prezidentin sözlərini çatdırır.

 

“Zakon.kz” Prezident İlham Əliyevə istinadla təyyarənin “qara qutu”larının açılmasına başlanılması və fəlakətə görə günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı məlumat yayıb.

 

“Orda.kz” nəşri Azərbaycanın dövlət başçısının Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”larının açılmasında iştirakına qəti etirazı ilə bağlı sözlərinə istinadən qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliyada deşifrə edilmə səbəbini izah edib.

 

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən “AZAL”ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...