Gəncədə tələbələr dəm qazından zəhərləndi

Cəmiyyət
20:11 / 06.01.2025
5303
Gəncədə tələbələr dəm qazından zəhərlənib.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.
Həmin ünvanda kirayə yaşayan 20 yaşlı Məcidova Samirə Zamir qızı və 19 yaşlı Nərimanova Nigar Maarif qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşidirilib.
Vəziyyətlərinin orta-ağır olduğu bildirilib.
Məlumata görə, gənclərin hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir. (Qafqazinfo)