Ukraynanın Kursk istiqamətində qəfil hücumu nəyə hesablanıb? - AÇIQLAMA

Ukraynanın Kursk istiqamətində qəfil hücumu nəyə hesablanıb? - AÇIQLAMA

Ukraynanın Kursk istiqamətində yenidən qəfil əks-həmlələr başlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, hücumlarda iki məqsəd var. Onun sözlərinə görə, bunlardan biri haqqında çox danışılan “masada əlin gücləndirilməsidir”:

 

“Yəni əgər Ağ Evin yeni sahibi Donald Tramp Rusiya ilə Ukraynanı zorla masada oturmağa məcbur edəcəksə, Kiyev Kursk ərazisində yeni həmlə ilə mümkün danışıqlarda əlini gücləndirmək istəyir. Eləcə də Rusiya Ukraynanın şərqində işğal ərazisini genişləndirməyə çalışmaqla eyni məqsədi güdür”.

 

Ekspert qeyd etdi ki, digər məqsəd Zelenskinin yeni əks-həmlə ilə Ağ Evdə yerləşməyə hazırlaşan Donald Trampa mesaj göndərməsindən ibarətdir:

 

“Mesaj təxminən belədir:  “Ukraynanın ərazi itkisi hesabına masada oturdulması sizə çətin olacaq. Ukrayna zəif deyil, Rusiya ərazisindəki nəzarət zonasını genişləndirmək imkanımız var, bunu nəzərə almalısınız. Bizə yardımı dayandırsanız, belə işğalla barışan deyilik”” .

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat müavinət veriləcək

Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki,...

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...