"Lukaşenko mənə Belarusun "Mozır" zavodunu vurmağı təklif etdi" - Zelenski

"Lukaşenko mənə Belarusun "Mozır" zavodunu vurmağı təklif etdi" - Zelenski

Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna müharibəsinin ilk günlərində ondan üzr istədiyini iddia edib. 

 

Sfera.az bildirir ki, o, Ukrayna müharibəsinin ikinci və ya üçüncü günündə Belarus prezidenti ilə telefon danışığı apardığını bildirib.

 

Lukaşenko məndən üzr istədi və dedi: “Bu, mənim günahım deyil. Raketlər mənim ərazimdən buraxılıb, lakin bunu Putin edib. Şahidlərim var, üzr istəyirəm”.

 

Lukaşenko həmçinin ruslara qarşı döyüşə bilməyəcəyi barədə xəbərdarlıq etdi. Mən isə qarşılığında, “Bu, müharibədir. Belarusdan ərazimizə raket buraxılıb. Buna necə icazə verdiniz?”, deyə soruşdum. Onun cavabı belə oldu:  “Yaxşı, o zaman qisas alın. Mozır Neft Emalı Zavodunu (NEZ) vurun. Bunun nə qədər vacib olduğunu bilirsiniz””.

 

Qeyd edək ki, Ukrayna lideri bu barədə amerikalı jurnalist Leks Fridmana müsahibəsində danışıb. 

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...