İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.

 

Sfera.az xəbər verir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.

 

Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.

 

Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.


OXŞAR XƏBƏRLƏR

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...