Prezidentin kürəkəni güllələndi
Dünya
15:11 / 12.01.2017
1046
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri Tiflisdə silahlı insident nəticəsində yaralanıb.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Qoqoçuri ən azı bir güllə yarası alıb.
Hadisə yerində polis və kriminalistlər cəlb olunub. Ərazi nəzarət altına alınıb. Məlumata görə, prezidentin kürəkəni xəstəxanaya aparılıb. Onun vəziyyəti barədə məlumat verilmir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin motivləri barədə açıqlama verilməyib.