Xəbəri olmadan adına üç şirkət açılan kimdir? - VİDEO

Xəbəri olmadan adına üç şirkət açılan kimdir? - VİDEO

Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şirkət açılıb. Hazırda onun 61 min manatdan çox vergi borcu yaranıb.

 

Sfera.az "Xəzə" TV-yə istinadla xəbər verir ki, İ.Ağayevin sözlərinə görə, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona günlük əməkhaqqısı 30 manat olan iş təklif edib. Tərəflər razılaşıblar və bunun üçün "ASAN Xidmət" mərkəzinə gediblər. Zərərçəkmiş İ.Ağayev deyir ki, orada şəxsiyyət vəsiqəsini təqdim edib və nə üçün olduğunu bilmədiyi sənədlərə imza atıb.

 

Zərərçəkmiş bildirir ki, Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş aldıqdan sonra adına üç şirkətin olmasından xəbər tutub. Bundan sonra o, bu işdə ona vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa başlayıb.

 

İ.Ağayev ərazi üzrə Yasamal Rayonu 28-ci Polis Bölməsinə dəvət edilib və orada onun şikayət ərizəsi alınıb. Bölmədən bildirdilər ki, həmin fakt araşdırılır. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən deyildi ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...