Şotlandiyada 1501 körpə narkotik aludəsi kimi doğuldu

Şotlandiyada 1501 körpə narkotik aludəsi kimi doğuldu

2017-ci ildən bu yana Şotlandiyada 1501 körpə analarının narkotik vasitələrdən qanuni və ya qeyri-qanuni istifadə etməsi səbəbindən maddə aludəsi olaraq doğulub.

 

Sfera.az xəbər verir ki, Şotlandiya Liberal Demokrat Partiyası maddə asılılığı ilə doğulan körpələrdə rast gəlinən "Yeni doğulmuş abstinens sindromu (NAS)" haqqında hesabat hazırlayıb.

 

Paytaxt Edinburqun daxil olduğu Lothian bölgəsində 774 körpə asılı olaraq doğulduğu halda, Qlazqo və Klayd bölgəsində 221 körpə, Aberdin əyalətinin də daxil olduğu Qrampiyan bölgəsində 209 körpə aludə kimi doğulub.

 

Hesabatda həmçinin narkotik aludəsi kimi doğulan körpələrdə nəzarət oluna bilməyən titrəmə, hiperaktivlik, dəri səpgiləri və yüksək səslə ağlamalar olduğu qeyd edilib.

 

Hesabatla bağlı açıqlama verən Şotlandiya Liberal Demokrat Partiyasının lideri Alex Cole-Hamilton bildirib ki, bir körpə üçün narkotik aludəsi olaraq həyata başlamaqdan daha pis bir şey yoxdur.

 

Cole-Hamilton Şotlandiya hökumətinin narkotik və narkotiklə əlaqəli ölümlərlə mübarizədə uğursuz olduğunu vurğulayıb və Şotlandiyanın keçmiş Regional Baş naziri Nikola Sturgeonun alkoqol və narkomaniya xidmətlərini tənqid edib.O, Sturgeonun 2014-2023-cü illər arasında Baş nazir olduğu müddətdə bu xidmətlərin büdcələrini kəsdiyini deyib. Cole-Hamilton Şotlandiya hökumətini narkomaniya ilə mübarizəyə daha çox dəstək verməyə çağırıb.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...