Antalyaya rekord sayda turist gəlib – RƏQƏMLƏR

Antalyaya rekord sayda turist gəlib – RƏQƏMLƏR

2024-cü ildə Antalyaya gedən turistlərin sayı açıqlanıb. 


Sfera.az xəbər verir ki, ötən il Antalya 17 milyon 278 min 103 turisti qəbul edib. Bu rəqəmlə Antalya bir ildə ev sahibliyi etdiyi ümumi ziyarətçi sayında rekorda çatıb. 
Peşəkar Otel Rəhbərləri Dərnəyinin (POYD) prezidenti Hakan Saatçioğlu Anadolu Agentliyinə bildirib ki, Antalya turizm sahəsində artıq dünya miqyasında tanınan brend şəhərlərdən biridir. 


Turizmin ölkə iqtisadiyyatında mühüm paya malik olduğunu və Antalyanın ölkə iqtisadiyyatına ciddi töhfə verdiyini bildirən Saatçioğlu şəhərdə turizmin daha da inkişaf etdirilməsi üçün həm dövlət, həm də özəl sektorla əməkdaşlıq etdiklərini bildirib.

 

Saatçioğlu xatırladıb ki, mövsümün əvvəlində 17 milyon turist olacağını proqnozlaşdırıblar və bu proqnoz özünü doğruldub: “Bu qədər insanın şəhərə gəlməsi sevindiricidir. Biz 2025-ci ildə turist sayının 18,5 milyona çatacağını gözləyirik. Turist başına düşən xərclər də artır. 2024-cü ildə adambaşına düşən xərclər 97 dollardan 107 dollara yüksəlib. 2025-ci ildə turist sayındakı artımla bərabər adambaşına düşən xərclərdə də artım olacaq”.


Vasif


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...