Postu ilə vidalaşacaq Baydendən QADAĞA - Ciddi maneəyə çevriləcək...

Postu ilə vidalaşacaq Baydendən QADAĞA - Ciddi maneəyə çevriləcək...

Prezidentlik dövrü başa çatmaqda olan ABŞ-nin dövlət başçısı Co Bayden Sakit okean və Atlantik şelfinin müəyyən ərazilərində yeni neft və qaz quyularının qazılmasına qadağa qoymağa hazırlaşır.


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Bloomberg” dövlət mənbələrinə istinadən açıqlayıb. 


“Bloomberg”in əldə etdiyi məlumata görə, yanvarın 6-da Bayden Sakit okean və Atlantik şelfinin müəyyən ərazilərində ümumi sahəsi 2,5 milyon kvadratmetr olan yeni neft və qaz quyularının qazılmasına qadağa qoyacağını elan edəcək. 


Mənbələr bildiriblər ki, məhdudiyyətlər onilliklərdir neft hasilatı davam edən Meksikanın mərkəzi və qərb körfəzinə təsir etməyəcək: “Lakin belə bir sərəncam digər ərazilərin inkişafı üçün ciddi maneəyə çevriləcək”. 


Bu cür qadağalar 1953-cü ildən tətbiq edilir. Burada məqsəd mərcan riflərini, morjların qidalandığı yerləri və digər ərazilərdəki təbii vəziyyəti qorumaqdır. 


Xatırladaq ki, yeni prezident Donald Tramp seçki kampaniyası dövründə ABŞ-də enerji qiymətlərinin endirilməsi üçün hasilatın artırılmasını dəstəkləyəcəyinə dair dəfələrlə bəyanatlar verib. Bu bəyanatlar fonunda Baydenin bəzi ərazilərdə neft və qaz hasilatına məhdudiyyət tətbiq etməyə hazırlaşması maraqla qarşılanıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...