Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidirmi? – AÇIQLAMA


Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidirmi? – AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrində əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlirik. Xüsusilə bu görüntülər "TikTok" platformasında daha geniş yayılıb. Bu hallar ictimaiyyətdə birmənalı qarşılanmır.

 

Bəziləri həkimlərin əməliyyat videolarını paylaşmağını peşələrinə zidd hesab edir və yaxud belə həssas görüntülərin paylaşılmasını doğru hesab etmir.

 

Sfera.az xəbər verir ki, tibb eksperti, professor Adil Qeybulla bizim.media-ya açıqlamasında məsələylə bağlı öz mövqeyini bildirib.

 

O hesab edir ki, burada həm mənəvi, həm də hüquqi məsuliyyət var.

 

Xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur.

 

Adil Qeybulla bu paylaşımları həkim reklamı hesab etsə də, bunun tərəfdarı olmadığını deyib:

 

"Fikrimcə, həkim reklamları qadağan olunmalıdır. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biyabırçılıqdır. Bunlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir".

 

Bəs, sözügedən məsələnin psixoloji tərəfləri nədir?

 

Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə həkimlərin əksəriyyəti əməliyyatları reytinq xətrinə paylaşırlar:

 

"Əlbəttə, bu, psixologiyası zəif olan, psixoloji profilaktikası olmayan insanlara mənfi təsir göstərir. Əməliyyat prosesinin paylaşılması etik baxımdan da düzgün deyil. Həmçinin qarşı tərəfdə həyəcan, təşviş pozuntusu, qorxular yarada bilir. Hətta əməliyyata hazırlaşan insanlar, belə  görüntülərdən sonra fikrindən dönə bilir. Tövsiyyəm budur ki, həkimlər bu prosesi xəstəni göstərmədən yox, danışaraq bildirsələr daha yaxşı olar".


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...