Təyyarə qəzasında həlak olanların yeddi mərsimidir


Təyyarə qəzasında həlak olanların yeddi mərsimidir

Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak Azərbaycan vətəndaşlarının yeddi mərasimidir.

 

Sfera.az xəbər verir ki, məlum təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar.

 

Onlardan üçü - təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb./modern.az


OXŞAR XƏBƏRLƏR

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr ...

“Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi is...

Səyyad Əlizadənin həyat yoldaşı efirə çıxdı - VİDEO

Mərhum müğənni Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə "Günaydın Azərbaycan" proqramına qatılıb.    Sfera.az xəbər verir ki, o,...

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında...