"Zeynəb mənim "Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu, ona görə də..." - Flora Kərimova

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.
Musavat.com-un məlumata görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: "Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Zeynəb Xanlarova mənə efir qadağası qoydurub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi "Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin".

Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...